Jamal Ali - Bro by Jamal Ali published on 2022-09-20T17:03:50Z Deyir qardaşım ki, gəl burda döyüş Deyir peyğəmbər ki, ən böyük döyüş içindəkidir Deyir Allah ki sən tərpən sənə nə gəlir məndən, nə gəlir əldən.. Bərəkət.. sən iki rəkat, mən sənə iki qat.. Təki sən yaşa - yarat !!! Verse1 Kim nə deyir özü eşidir.. hərənin yolu ayrı Azadlığı sevən ruhuma görmə çox bayırı Mən başımda torba yol ayrıcında da ayılıb Evə tək çatdım ac qarnım əllər daldan bağlı Ev... yol oldu özümü oddan alova atdım Berlin? bura Bakı mənə hər gəzdiyim addım Passoportu satdım və hər şeydən daddım.. Ama dostları və qardaşları hər zaman ucaltdım Chorus Bu nə hal.. brat.. bu nə hilə.. Aramızda ola bilməz bizim heçbi pillə.. Ürəyimiz bir, baxma ayrı keçir illər Keç bu yana aç qandallarını məftillə Verse2 Həyat döyüş oldu, yaxınlarımı itirdim Ölmək elə həyətdaykən də ola bilirmiş, bilirdin? Öldüm mən də, yaşadığım hər gün Məzarım Xəzər mənim, başdaşımsa Nargin.. Kəllələr kəllələr Bakını qoyub getdilər Buraxma göt-göt şayələr, Güllələ bizi güllələ Güllələnmiş şairlərə türbələr türbələr Haqqımızı sən bilmə, göylər bi də yer bilər Sinifə qarşı sinif məhləyə qarşı məhlə Baxçadan son zəngə kimi keçdiy hər zibildən sənlə Dinlə sənə trek yazdım olsan da çöldə Məndən sənə zərər gəlməz sən özüvü gözlə Ağzına alıb su hamı lal sussa da Qan damar gözlərivə yan baxma ustada Yandıraram rep dəftərini öz əllərimlə Dəyəcəksə əgər buna görə sənə şillə Verse3 Yol aldım, yar aldım, sevdim, sevilib çoxaldım, Yolda çıxan təhlükələrdən qorxmadan, gözünə baxıb yalanın Qaşıdın illər keçmiş yaramı, qan aldı.. gözüm qaraldı.. Yeridim yorulub qaranlıq durdurdu davamı Adamam səhərlərim qayqanaq axşamlarım acılı adana Növbəyə durar adamlar qardaş olsunlar qaqana Yalandı yalan de, halaldı anama Bizi çıxardıb Razində 7-dən gör indi haralar A bala, atama arada baş çək, avara, Mehdiabaddan uzaq düşmə, baş daşlarını sığalla Məlikməmmədin nağılında, Koroğlu dastanında Balaca qardaş igid olub, ayrı düşmə dəstəndən (Gə başdıyaq təzdəndən..) - Lyrics: Jamal Ali Music: CXWBOY - Arachdrill Produced by: Emilija Fijalkauskaite Genre Hip-hop & Rap Comment by Elchin Najafli “Yol oldu, özümü oddan alova atdım, Berlin - bura Bakı, mene her gezdiyim addım”.. Ne deyim bilmirem.. Qelemive sağlıq abi 🙏🏻 2023-11-20T14:00:17Z Comment by OVOD 😐 2023-02-15T13:09:52Z Comment by Mrkriptonik Möhtəşəm. Jamal, acapella-sını göndərə bilsən əlimdə 2-3 dənə demo drill beat var onu mix-ləyə bilərəm. Çox xoş təcrübə olar. 2023-01-23T10:17:03Z Comment by alex12 _pro this shit hits hard 2022-12-01T23:52:59Z Comment by Mahammad Nabizade Cox yasa, cox yarat! 2022-10-23T14:43:37Z Comment by Azar Ismayil Möhtəşəm. 2022-09-26T03:18:23Z Comment by Or/Khan 🤩🤩🤩 2022-09-24T15:38:53Z Comment by Ehsan zodiac #mahsa amini 2022-09-24T04:26:36Z Comment by Ramin Tağıyev Jamal Ali, spotify-a yükləyin bu albomu. Bu trek isə şedevrdi 2022-09-22T18:09:49Z Comment by oguzelininigidi Belə səmimi və içdən oxunan track üçün çox sağol, Jamal🖤🙌🏼 2022-09-21T15:59:23Z Comment by User 265101704 dm on the gram lindymusiclove i got you 2022-09-21T14:29:22Z Comment by Kamal Jamal bu nə hal brat? 2022-09-21T13:45:26Z Comment by Kamal Çox səmimi trekdir, Mingəçevirdən sevgilər Jamal, bir gün gələcəm Almaniyaya görüşəcəyik. 2022-09-21T13:35:09Z