Ehdde Mohkemlik Dua l مناجات استقامت در عهد به ترکی l Monajat Torki Azari Turki Azeri by Azeri Dua دعا به زبان ترکی published on 2022-02-20T21:32:17Z Ehdde Mohkemlik Dua مناجات برای ستقامت در عهد به ترکی Odur Allah! Ey bizim Yaranımız və Dostani-Canımız, Cananımız! Həqiqət Günəşi əhədiyyət üfüqündən doğdu, yer işıqlandı, göy aydınlandı, xoş ətirli nəsim əsdi, ruhani duyğuları sirlər gülşəninə yonəltdi, əsrarəngiz bağçaya apardı və çəməni gülzar eylədi. Güllər açıldı, bülbüllər tərənnümə başladı, çəmən Allahın feyzi ilə cilvələndi və gülüstanın fəzası Allahın rəhməti ilə bahar buludunun yağmurundan feyz aldı, cənnət bağı bunlardan qibtəyə düşdü. Gül güldü, bulud ağladı, kəklik qəhqəhə çəkdi, quşlar Allahın fəzlinə şükr etmək üçün nəğmə və təranə ilə ötməyə başladı. Bu İlahi qədəh Allahın Əhd və Peymanında sabit və möhkəm olanlara məxsusdur. هوالابهی ای بیزیم یارآنِمِز و دُوستآنِ جآنِمِز جآنآنِمِز! شَمس حَقیقَت اُفق اَحدّیت دن طوُغدی، یر تآبآن اُولدی، گَؤگ رَخشآن اُولدی. نَسیم عنبر شمیم اسدی، مَشام روحانیانی گلشن راز ایلدی و گلبن اسرار ایلدی و چمنزاری گلزار ایلدی. گؤل لر آچلدی بُلبُل لر تَرنّمُه باشله دی، صَحن چَمَن فیض ذُوالمنن ایله مُزیّن اُلدی و فَضای گلستان فیضان ابر نیسان رحمت یزدان ایله غبطه بخشای رُوضه رضوان اولدی. گؤل گؤلدی، بلوُط آغلادی، کبک قهقه باشلادی، قوشلآر شُکرانه فضل حق له نغمه و ترانه آغاز ایلدی. بُو جام الهی عهد و پیمان رحمانی ده ثابت و راسخ اُولآنلآرآ مخصوص در. Genre Storytelling Comment by Azeri Dua دعا به زبان ترکی Please Like Comment Share Download Read Memorize. Zəhmət olmasa Bəyənin Koment Edin Paylaşın Indirin Oxuyun Əzbərliyin. لطفا لایک کنید، نظر بدهید، به اشتراک بگذارید، دانلود کنید، بخوانید، حفظ کنید. 2022-02-20T21:33:23Z