Həz. Əbdül-Bəhanın Ziyarətnaməsi - لوح لقا زیارتنامه حضرت عبدالبهاء به زبان ترکی by Azeri Dua دعا به زبان ترکی published on 2022-02-21T00:21:26Z Həz. Əbdül-Bəhanın Ziyarətnaməsi - لوح لقا زیارتنامه حضرت عبدالبهاء به زبان ترکی Hər kim bu duanı mütilik və şövq ilə oxusa, bu Bəndənin ürəyinə şadlıq və sevinc gətirər; bu isə Onunla üz-üzə görüşmək kimidir. O Nurluların Nurlusudur! Ey Allah, mənim Allahım! Mütilik və göz yaşları içində yalvarış əllərimi Sənə tərəf qaldırır və üzümü aqillərin biliyindən və Səni tərif edənlərin tərifindən uca Astananın torpağına sürtürəm. Sənin qapında baş əyən və təzim edən bu bəndəyə mərhəmət gözlərinlə bax və onu əbədi fəzl Dəryanda qərq eylə. Ya Rəbb! O, Sənin yazıq və müti bir bəndəndir, Sənin kölən olaraq Sənə yalvarır, Sənin əlində əsir olaraq, Sənə atəşin dua edir, Sənə inanır, Sənin üzün qarşısında göz yaşları içində, Səni çağırır və Sənə yalvararaq iltimas edir: Ya Rəbb, mənim Allahım! Fəzlini mənə bağışla ki, Sənin sevimlilərinə xidmət edim, Sənə bəndəlikdə məni gücləndir, Sənin müqəddəslik sarayında sitayiş nuru və Sənin əzəmət səltənətinə yönələn duaların işığı ilə alnımı işıqlandır. Mənə kömək eylə, Sənin qapının səmavi astanasında təmənnasız olum və mənə yardım eylə, Sənin müqəddəslik dövrəndə olan hər bir şeydən inqita edim. İlahi! Mənə fənalıq piyaləsindən içir; mənə fənalıq libası geyindir və məni fənalıq dəryasında qərq eylə. Məni, öz sevimlilərinin keçdiyi yolun tozu eylə və Sənin yolunda seçilmişlərinin addımları ilə şərəflənmiş torpağa fəda olmağı əta eylə, Ey İzzət və Ülviyyət Mövlası. Bu münacat ilə Sənin bu bəndən səhər və axşam Sənə üz tutur. Onun ürəyinin arzusunu yerinə yetir, İlahi! Onun ürəyini nurlandır, könlünü sevindir və çırağını yandır ki, Sənin Əmrinə və Sənin bəndələrinə xidmət etsin. Sən Bəxşedən, Mərhəmətli, Kəramətli, Fəzl Sahibi, Rəhmli və Şəfqətlisən. هر کیم بو دعانی موطیعلیک و شؤوق ایله اُوخوسا، بو بنده نین اورَیینه شادلیق و سِئوینج گتیرَر؛ بو اِیسه اُونونلا اوز-اوزه گؤروشمک کیمیدیر اٌو نٌورلولارین نٌورلوسودور اِئی الله، منیم اللهیم! موطیعلیک و گُؤز یاشلاری ایچینده یالواریش اَللریمی سنه طرف قالدیریر و اوزومو سنین آستانانین تورپاغینا سورتورم، اُو یِئر کی، عآقیللرین بیلییندن و سنی تعریف اِئدنلرین تعریفیندن اُوجادیر. سنین قاپیندا باش اَیَن و تعظیم اِئدن بو بندهیه شفقت گؤزونون بیر نظریله باخ و اُونو اُؤز اَبدی لوطف دریاندا غرق اِئیله یا ربّ! اُو، سنین یازیق و تواضؤعکار بیر بَندهندیر، سنین غولون اُولاراق سنه یالواریر، سنین اَلینده اَسیردیر، سنه جوشقون دعا اِئدیر، سنه اِینانیر، سنین اوزون قارشیسیندا گؤز یاشلاری ایچینده، سنی چاغیراراق ایلتیماسلا سؤیلهییر اِئی ربّیم، منیم اللهیم! اُؤز عینایتینی منه باغیشلا کی، سنین سِئویملیلرینه خیدمت اِئدیم، سنه بندهلیک اِئتمکده منی گوجلندیر، اُؤزونون مقدسلیک سارایینداکی سیتایش نورو ایله و سنین عظمت سلطنتینه یؤنهلن دعالارین ایشیغی ایله آلنیمی ایشیقلاندیر. منه کؤمک اِئیله، سنین قاپینین سماوی گیرَجهیینده تمنّاسیز اُولوم و منه یاردیم اِئیله، سنین مقدسلیک مکانیندآ اُولان هر بیر شئیدن اینقیتاع اِئدیم. ایلاهی! منه فنالیق پیالهسیندن ایچیر؛ منه فنالیق لیباسی گِئییندیر و منی فنالیق دریاسیندا غرق اِئیله. منی، اُؤز سئویملیلرینین کئِچدیی یوللارین توزو اِئیله و سنین یولوندآ، سنین سئچیلمیشلرینین آددیملاری ایله شرفلنمیش تورپاغا فدآ اُولماغی عطا اِئیله، اِئی اُوجادآ اُولان شَرف مؤلاسی بو موناجات ایله سنین بو بندن سحر و آخشام سنه اوز توتور. اُونون اورَیینین آرزوسونو یِئرینهَ یِئتیر، ایلاهی! اُونون اورَیینی نورلاندیر، کؤنلونو سِئویندیر و چیراغینی یاندیر کی، سنین امرینهَ و سنین بندهلرینه خیدمت اِئده بیلسین سن بخش ائدن، مرحمتلی، اَن کرامتلی، فضل صاحبی، رحملی و شفقتلیسن Genre Classical Comment by Azeri Dua دعا به زبان ترکی Please Like Comment Share Download Read Memorize. Zəhmət olmasa Bəyənin Koment Edin Paylaşın Indirin Oxuyun Əzbərliyin. لطفا لایک کنید، نظر بدهید، به اشتراک بگذارید، دانلود کنید، بخوانید، حفظ کنید. 2022-02-21T15:25:03Z