published on
Şəfa Duasi Healing Praye
مناجات شفا به ترکی
Sən O Kəssən ki, Ey mənim Allahım, Sənin adlarınla xəstələr şəfa tapır, dərdlilər sağalır, susuzların yanğısı sönür, iztirab çəkənlər sakitləşir, yolunu azanlar hidayət olunur, həqirlər ucalır, fəqirlər varlanır, cahillər ziyalanır, kədərlilərin üzü nurlanır, qəmginlər şadlanır, üşüyənlər isinir və əzilənlər qaldırılır. Sənin adınla, İlahi, bütün mövcudat hərəkətə gəldi, göylər genişləndı, yer bərqərar oldu və buludlar qalxdı və yerə yağış yağdırdı. Bu, həqiqətən, Sənin Öz xilqətinə Sənin bir fəzlindir.
Yalvarıram, ona görə də, Sənin o adına ki, onun vasitəsilə Öz Allahlığını aşkar etdin və Öz Əmrini bütün yaradılmışların üzərində ucaltdın və and verirəm Sənin ən ali adlarının və ən yüksək sifətlərinin hər birinə və bütün məziyyətlərinə ki, onunla Sənin üstün və ən uca Varlığın alqışlanıb - bu gecə Sənin mərhəmət buludlarından Öz şəfanı, Sənin xilqət səltənətində Özünün ən Şərəfli Varlığına bağladığın bu körpənin üzərinə yağdır. Sonra onu, Ey mənim Allahım, Öz fəzlinlə sağlamlıq və salamatlıq əbasına bürü və Ey mənim Məhbubum, bütün bəlalardan, xəstəlikdən və Sənə xoş olmayan hər bir şeydən onu hifz eylə. Sənin qüdrətin, həqiqətən, hər bir şeyə qadirdir. Sən, həqiqətdə, Ən Qüdrətli, Öz-Özünə Var Olansan.
Bundan başqa, Ey mənim Allahım, ona bu dünyanın və o biri dünyanın xeyrini, keçmiş və sonrakı nəsillərin xeyrini nazil eylə. Sənin qüdrətin və hikmətin, həqiqətən, buna qadirdir.
سَن اٌو کَس سَن کی، اِی مَنیم آللآهِم، سَنین آدلآرِنِلآ خَستَه لَر شَفآ تآپِر، دردلی لر سآغآلِر، سٌوسٌوزلآرِن یآنغِ سه سٌؤنؤر، ایضطیرآب چَکَن لرَ سآکیت لشَیر، یٌولوٌنوٌ آزآن لآر هِدآیت اٌولوٌنوٌر، حَقیرلرَ اٌوجآلِر، فَقیرلرَ وآرلآنِر، جآهیل لرَ ضیآلآنِر، کَدَرلی لرَین اٌؤزؤ نوٌرلآنِر، غَمگین لَر شآدلآنِر، اٌؤشؤیَن لرَ ایسینیر و اَزیلنَ لرَ قآلدِرِلِر. سَنین آدِنلآ، آیلآهی، بؤتؤن مٌؤوجٌودآت حَرَکَتَ گَلدی، گؤیلرَ گِنیش لنَدهِ، یئر برَقَرآر اٌولدو و بٌولوٌدلآر قآلخدهِ و یئرهَ یآغِش یآغدِردهِ. بٌو، حقیقتاً، سَنین اٌؤز خیلقَت ینهَ سَنین بیر فَضل یندیر.
یآلوآرِیرآم، اٌونهَ گؤٌرَدهَ، سَنین اٌو آدِنآ کی، اٌنوٌن وآسیطَهَ سی لهَ اٌؤز آلآهلِغِ نهِ آشکآر اِئتدین و اٌؤز اَمرینی بٌؤتؤن یآرآدِلمِش لآرِن اٌؤزَریندهَ اٌجآلتدِن و آند وئِریرَم سَنین اَن عآلی آدلآرِنِن و اَن یٌؤکسَک صیفَت لَرینین هَربیرینهَ و بٌؤتؤن مَزیّت لَرینهَ کی، اٌنوٌنلآ سَنین اٌؤستؤن و اَن اٌوجآ وآرلِغِن آلقِش لآنِب -- بٌو گئجهَ سَنین مَرحَمت بٌولوٌدلآرِن دآن اٌؤز شَفآنهِ، سَنین خیلقَت سَلطَنَت یندهَ اٌؤزؤنؤٌن اَن شَرف لی وآرلِغِنآ بآغلآدِغِن بوٌ کؤٌرپَهَ نین اٌؤزَرینهَ یآغدِر. سٌنرآ اٌونوٌ، ای مَنیم آلآهِم، اٌؤز فضل ینلهَ سآغلآم لیق و سآلآمآت لِق عَبآسِنآ بٌؤرؤ و اِی مَنیم مَحبوبٌوم، بؤٌتؤن بَلآلآردآن، خَستَه لیک دَن و سَنهَ خوش اٌولمآیآن هَر بیر شئیدَن اٌونٌو حیفظ اِئیله. سَنین قٌؤدرت ین، حَقیقَتاً هَر بیر شئیهَ قآدیردیر. سَن حَقیقت دهَ اَن قٌؤدرَت لی، اٌؤز-اٌؤزؤنهَ وآر اٌولآن سآن.
بوٌندآن بآشقآ، ای مَنیم آلآهِم، اٌونآ بٌو دٌؤنیآنِن و اٌو بیری دٌؤنیآنِن خئیری نی، کِئچمیش و سٌنرآکهِ نَسیل لرَین خئیری نی نآزیل اِئیلهَ. سَنین قٌؤدرَت ین و حیکمَت ین حَقیقتاَ بٌونآ قآدیردیر.
- Genre
- Audiobooks