Okaber - İnsan dedilər by Gurbanov Orkhan published on 2013-12-14T20:51:10Z Music by Okaber performing İnsan Dedilər. © 2013, MadHouse Community, LLC. I Bu oyunların sonuna udan uduzan dedilər Yazdığımız sətirlərə güldülər asan dedilər İllərlə baş kəsib, qan içib doymayan bəşəriyyət Allahu Əkbər! deyib oxunsun Azan dedilər Öz əsərlərində yaşayanlar ölmür yazıb dahilər Unudulduğunuz yerlərə Fəxri Xiyaban dedilər Yelkənsiz gəmiləri sahibsiz buraxan sahillər Boğulan insan görüb qoy ölsün nadan dedilər Daşlanmış qadının fəryadı göyə sovrulanda Şəriyyətdə belədi qanun buyurub Qur’an dedilər İnsanları niyə bədbəxt elədiniz? Soruşanda Bizlərdə nə şərəf var nə də vicdan dedilər Küçədə yatanların ağrı əzabı gözə görünməz Sökülən daxma yerinə tikilir fontan dedilər Dedilər Şəhidlər ölməz guya ki Vətən bölünməz Satılan Torpaqların şərəfinə şampan dedilər. (NƏQARƏT) "Müharibə davam etsə tökülər qan":dedilər, "Bizə vacib həyatda pul birdə can":dedilər. Bəs Vətən, şəhidlər, itirilən Torpaqlar? "Bilmirik nə qədər itirib Azərbaycan":dedilər. II Mətnimə yaşadan sətrimə dərman dedilər Sinəmə orden taxıb qətlimə fərman dedilər Qəlbdə bağırırdım üzdə it kimi hürürdüm Sən hür yavaş-yavaş gedir karvan dedilər Analarımın tapdalanmış haqları unuduldu Xaşxana fahişələrinə şöhrət ilə şan dedilər. Şuşada Xarı Bülbül solub quruduldu Günahkar biz deyilik rus və köçəryan dedilər Benzin bahalaşmasaydı özümüzü yandırardıq Benzin nəyivə gərəydi elə-belə yan dedilər Biz qansaydıq hamını qandırardıq Niyə bizə nökər özlərinə xan dedilər Batdıqca batırıq günah ümmanında Ölün batın qalın lüt-üryan dedilər Okaberəm yığışdıq Canavar Ünvanında Nədi canavar? Hansı ünvan dedilər. Facebook: http://facebook.com/okaber Genre rap Comment by Anar Azərbaycan rapi yavaş yavaş irəliləyir. fon musiqisi bir az hündürdən gəlir. amma gözəl alınıb 2015-03-15T08:26:50Z Comment by anayuklenici Seni bu hüsn-ü cemal u kemal ile görüp korktular hak dimeye, döndüler insan dediler... Nesimi... Çok güzel olmuş... 2014-09-12T06:18:11Z