published on
Audio by Okaber performing Sen Olsaydin. © 2013, MadHouse Community, LLC.
Produced by BanditBeatz.
Lyrics
Sən olsaydın, nə bu yazılar olardı,
Nə qəmli süjetlərlə bol səhnələr, nə payızlar olardı,
Nə məni darıxdıran boş məhlələr, nə qızlar olardı.
Həyatımda səndən başqa.
Sən olsaydın,
Sevdiyim azadlıq,
Nə dəmir barmaqlıq, qollarımda qandal.
Yalvarırdım, sən qal, getmə indi günah,
Açılmazdı sabah.
Həyatımda səndən başqa
Sən olsaydın,
Hətta ölüm xoş gələrdi mənə,
Görüş yeri boş qalardı yenə, hədəfi unutsaydım
Unudardım varlığımı, təki səni unutsaydım,
Heç kəsi unutmazdım həyatımda səndən başqa.
Sən bir xəyal kimi gözümdən itdin,
Məni isə xəyalınla xəyala daldım.
Sən bir insan kimi gəldin və getdin,
Mən isə dünya kimi yerimdə qaldım.
Eyni lənəti hər gecə pıçıldayaraq əzbər,
Sən həyatımda təksən, duyğular tək məxmər,
Sarışın, əsmər, ünvanlar dolu dəftər,
Həyata vurulan cəftə, buxarılan səhvlər.
Məni uçuran həblər, barxat oyundur həyat,
Bir gün şah, bir gün mat, dörd sutka koma,
Süni nəfəs, aparat, təyinatım psixopat, mənə müxtəlif preparat.
Sonra sən gəldin, sonra sən getdin,
Heç kəsi sevə bilmədim, hamını özümə düşmən etdim.
Yazardıq melodramalar, yanımda qalsaydın,
Yazardıq melodramalar, sən olsaydın.
Sən olsaydın,
Nə bu yazılar olardı,
Nə də ki, hər gecə gördüyüm ulduzlar olardı,
Nə kabuslar olardı, həyatım olardı bumbuz, olmazdı kabus,
Həyatımda səndən başqa.
- Genre
- MadHouse Community