PƏNCƏRƏ / PƏNCƏRƏN 1989 by Rasim Muzaffarli published on 2017-04-22T12:36:32Z PƏNCƏRƏN Musiqi və sözlər: Rasim Müzəffərli Ay məni məndən alıb gedən, Dərdlərim dərdə salıb gedən, Ləzzəti çörəyimdə, Ağrısı kürəyimdə, Həsrəti ürəyimdə qalıb gedən... Gecə çatdı səhərə, Lay-lay dedim şəhərə. Açılmadı bir kərə Pəncərən, pəncərən, pəncərən... Bir daha gəldim o yerlərə, Tanış küçə, tanış pəncərə... Bir ömür yaşayaydıq, Bir günlük qovuşaydıq, Bir anlıq qayıdaydıq o illərə... Gecə çatdı səhərə, Lay-lay dedim şəhərə. Açılmadı bir kərə Pəncərən, pəncərən, pəncərən... © 1989 Səsyazma: ANS Records, 1995 Genre Folk & Singer-Songwriter Comment by oguzelininigidi belə musiqi üçün çox sağolun, ustad🙌🏼🖤 2022-10-30T04:21:49Z Comment by Sonia nə gözəl 2022-08-27T15:23:56Z Comment by ciminaz ay məni məndən alıb gedən 2021-11-13T16:00:49Z Comment by nəlbəki god damnn! 2021-08-07T11:35:38Z Comment by karabin Alim Qasımov və Rasim Müzəffərli Azərbaycanın musiqi zirvəsidir 😍😍😍 2020-09-23T19:59:55Z Comment by Fehruz Rza əjdahaa 🖤🖤 2019-10-29T17:04:53Z